• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Konfranslar

    8 iyun 2020-ci il

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində «İlin peşəkar gənci»  adlı müsabiqəyə yekun vurulmuşdur.

    Ardını oxu...

    8 iyun 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” fakültəsinin III kurs tələbəsi İsmayıl Pənahov Hikmət oğlu və “Fortepiano” fakültəsinin IV kurs tələbəsi Elxan Niftiyev İlham oğlu aldıqları təhsil müddətində əla nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təqaüdə layiq görülməsi haqqında “Ülfət” qəzetində işıqlandırılaraq, çap edilmişdir.

    Ardını oxu...

    7 iyun 2020-ci il 

    7 iyun 2020-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova, professor Könül Nəsirova, dosent Yeganə Taptıqova və müəllim Aslan Mustafazadə tərəfindən onlayn formada tələbələrlə ətraf mühitin mühafizəsi, qorunması, bioloji müxtəliflik, bu sahədə bilik və bacarıqların artırılması istiqamətində söhbətlər aparmışlar.

    Ardını oxu...

    6 iyun 2020-ci il

     Музыка для меня не только профессия, но и часть меня самой.

    Ardını oxu...

    4 iyun 2020-ci il

    “Hacı Xanməmmədovun yaradıcığında milli musiqi alətlərinin istifadəsi”.

    Ardını oxu...

    3 iyun 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” fakültəsinin III kurs tələbəsi İsmayıl Pənahov Hikmət oğlu və “Fortepiano” fakültəsinin IV kurs tələbəsi Elxan Niftiyev İlham oğlu aldıqları təhsil müddətində əla nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təqaüdə layiq görülmüşlər.

    Ardını oxu...

    2 iyun 2020-ci il

    “Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyi ərəfəsində “Bakı Musiqi Akademiyasının Türkiyənin Ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda  ”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasında onlayn rejimində növbəti elmi seminarı,  laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova keçirmişdir.

    Ardını oxu...

    26 iyun 2020-ci il

    Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü

    Ardını oxu...

    25 iyun 2020-ci il

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyası onlayn rejimdə iclas və  seminarlarını davam etdirir.

    Ardını oxu...

    23 iyun 2020-ci il

    Muğam sənətinin bədii mədəniyyət aspektləri

    Ardını oxu...

    22 may 2020-ci il

    2020-ci il 22 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, professor, Xalq artisti Yeganə Axundovanın 60 yaşı tamam oldu.

    Ardını oxu...

    22 may 2020-ci il

    Bu gün 22 may tarixində görkəmli Azərbaycan bəstəkarı Aqşın Əlizadənin doğum günüdür.

    Ardını oxu...

    19 may 2020-ci il

    “Avropada musiqili komediya janrlarının tarixinə bir nəzər”.

    Ardını oxu...

    15 may 2020-ci il

    Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiq olunmuşdur.

    Ardını oxu...

    14 may 2020-ci il

    “Qeyri-səlis məntiq nəzəriyyəsi və musiqi”

    Ardını oxu...

    12 may 2020-ci il

    "Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində" Ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətləri Ü.Hacıbəyli adına BMA-da tədqiq və tədris olunur.

    Ardını oxu...

    9 may 2020-ci il

    Görkəmli Azərbaycan bəstəkarları haqqında videoçarxlar

    Ardını oxu...

    5 may 2020-ci il

     Muğamlarımızın nota yazılması davam edir

    Ardını oxu...

    30 aprel 2020-ci il

    “Viktor Belyayev və Azərbaycan musiqişünaslığı” (BMA-nın 100 illiyi qarşısında) Bakı Musiqi Akademiyasının növbəti onlayn seminarı

    Ardını oxu...

    28 aprel 2020-ci il

    Görkəmli musiqişünas-alim M.S.İsmayılovun elmi və pedaqoji fəalyyətinə həsr olunmuş elmi seminar

    Ardını oxu...

    3 aprel 2020-ci il

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2019-cu il 935 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunmuşdur.

    Ardını oxu...

    12 mart 2020-ci il

    2020-ci il 12 mart tarixində Latviya səfiri Dainis Qarançs və Y.Vitol adına Latviya Musiqi Akademyasının nümayəndələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşlər.

    Ardını oxu...

    4 mart 2020-ci il

    2020-ci il 4 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbələri Azərbaycan Dövlət İctimai Televiziyasında yayımlanan “MAG-Müasir Azərbaycan Gənci (Debat)” verilişinin qonağı oldular.

    Ardını oxu...

    2 mart 2020-ci il

    2020-ci il 2 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 10 gün müddətində elmi ixtisasartırma keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələri ilə BMA-nın prorektoru, professorlar Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Nəzakət Rimazi, elmi ixtisasartırma şöbəsinin müdiri, dosent Nərgiz Hüseynovanın iştirakı ilə görüş keçirilib.

    Ardını oxu...

    2 mart 2020-ci il

    2 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.

    Ardını oxu...

    1 mart 2020-ci il 

    1 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər arasında İİV infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir. 

    Ardını oxu...