• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2023-cü il

    Uşaqlar bizim gələcəyimizdir

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçiçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Könül Əhmədova-Yusifovanın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai siniflərdə milli düşüncə və zövqün formalaşmasında musiqi tədrisinin rolu” adlı elmi seminarı keçirildi.  

    Elmi seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Zemfira Abdullayeva açaraq hamını salamlayıb sözü elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə verdi.

    Nuridə İsmayılzadə, rəhbərlik etdiyi kollektiv hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü müxtəlif məkanlarda keçirildiyini bildirərək, istedadlı uşaqların musiqiyə olan sevgisini, həvəsini xüsusilə qeyd etdi. Keçiriləcək elmi seminarda ibtidai sinflərdə musiqi tədrisinin uşaqların milli düşüncəsində formalaşmasını vurğulayaraq orta məktəblərdə keçirilən musiqi fənninin tədrisi ilə bağlı vəsaitlərdə bir sıra səhvlərin, nöqsanların olduğunu vurğuladı.  Sözü seminar iştirakçısı  elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifovaya təqdim etdi.

    Məruzəçi ilk öncə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü vurğulayaraq “Uşaqlar bizim gələcəyimizdir” tezisi ilə məruzəsinə başladı. İbtidai siniflərin musiqi dərsliklərində mövzu tərtibatı ardıcıllığını qeyd edərək bir sıra müsbət və mənfi cəhətləri, tədris prosesində mövzular arasında  pərakəndəliyi qeyd etdi.  Buna misal olaraq məruzəçi dərslikdə rast gəlinən bir çox məsələlərə öz şəxsi fikirlərini seminarda bildirdi. Belə ki, dərslikdə  “Uzundərə” xalq rəqsi Üzeyir Hacıbəylinin “Məşədi İbad” operettası kimi qeyd olunur, amma, məlumdur ki, bu operettanın adı “O olmasın, bu olsun”dur. Bundan başqa qaval, tar, kamança şəklinin altında  xanəndə, tar və kamança qeyd olunub.  İ.S.Baxın orqan üçün Tokkata və fuqasında “Bayatı-Şiraz” muğamından istifadə olunması, Avropa triosu və Azərbaycan triosu anlayışları, daha sonra Muğam triosu əvəzinə musiqi triosu ifadələri və s. bu kimi yanlış məlumatlar qeyd olunur.

    Musiqi alətləri bölməsində çox pərakəndə məlumat verilir. Zərb alətləri bölümündə şagirdin 1-ci sinifdə keçdiyi alətlər təkrar olunur. Nəfəs alətləri bölümündə yalnız tütəyin şəkli təsvir olunur, simli alətlər bölümündə Avropa və milli alətlər təqdim olunur. Bunlar müəyyən bir klassifikasiya, yəni müəyyən   sistemləşmə şəklində dərsliyə daxil olsa daha yaxşı olardı.

    Məruzəçi qeyd etdi ki, təhsil pillələrinin heç birində, hətta “Musiqi müəllimliyi” ixtisasında belə rəqs dərsi  tədris olunmur. Bəs bu zaman ayrı bir sənət olan bu rəqsi musiqi müəllimi necə tədris etməlidir? Təklif olundu ki, bu, ya müştərək müəllimlər tərəfindən aparılmalı və ya ayrıca bir fənn kimi, ya da dərs kimi tədris olunmalıdır.    

    Bütün bu mövzular Pedaqoji Universitetində çox böyük müzakirələrə, diskusiyalara səbəb oldu və hər iki tərəf bu işin üzərində birgə çalışması üçün razılığa gəldilər. Azərbaycan Dövlət Pedaqoji İnuversitetinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının professorları  Zemfira Abdullayeva, Minarə Dadaşova  və kafedranın müəllim heyəti maraqlı təkliflər irəli sürdülər. Belə qərara gəldilər ki, birgə bu məsələ üzərində dayanmaq lazımdır və təkliflər paketini hazırlanıb Təhsil Nazirliyinə təqdim olunmalıdır. 

    Seminarda Azərbaycan Dövlət Pedaqoji İnuversitetinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının professorları  Zemfira Abdullayeva, Minarə Dadaşova  və kafedranın müəllim heyəti, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasınıın da əməkdaşları iştirak edirdi.     

    Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminar aparıcısına, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim-professor heyətinə, laboratoriya  əməkdaşlarına öz təşəkkürünü bildirdi. 

     

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi

    Nəsirova Fidan