• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2023-cü il

    18 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına  konfrans  zalında “Musiqi nəzəriyyəsi” kafedrasının yubilyarlarına həsr olunmuş konsert - konfrans keçirildi. 

    Qeyd edək ki,  “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova ön sözlə çıxış edərək, “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimləri  Əməkdar İncəsənət xadimi, Professor  Həcər Babayeva və Əməkdar müəllim, dosent Lalə Mehdiyeva haqqında çıxış edib, yubilyarların yaradıcılığı haqqında dolğun məlumat verdi.

    Bunun ardınca Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Qəlbimdən gələn səmimi sözlər”, Dosent Aliyə Məmmədova “ Yubilyarlar haqqında düşüncələr”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Turan  Məmmədəliyeva “Ustadıma ehtiramla”,  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Günel Zeynallı “Musiqidə keçən ömür”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Alyona İnyakina “Об учителе с любовью: Лале Мехтиевой -75”, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Gülmira Qəhrəmanova “ Musiqişünas və müəllim ömrü” adlı mövzular ilə çıxış edərək hər iki dəyərli yubilyarların ünvanına xoş arzularını çatdırdılar.

    Tədbirdə konfrans ilə yanaşı konsert proqramı da yubilyarlara və dinləyicilərə təqdim edildi.

    Belə ki, Respublika və Beynəlxalq müsabiqələr laureatları Məhəmməd Şəmmədov, İlahə Məmmədova,  Fərid Hacıyev, Rəşid Behbudov adına Azərbaycan mahnı teatrının solisti Rövşən Qəhrəmanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Fatimə Murtuzova çıxış edərək, Səid Rüstəmov “Ala gözlüm”, Sevil Əliyeva və Fikrət Qoca “Ana”, Xalq mahnısı “Küçələrə su səpmişəm”, Qara Qarayev - Prelüd No 5, No 6, H.Büsser “ Skertso”, Qara Qarayev “Yeddi gözəl” baletindən “Vals” əsərlərini (Konsertmeysterlər : BMA-nın baş müəllimi Leyla Zeynalova, Ülkər Abbasova, Elbəy Məmmədzadə, Nəriman Məsimov ) yüksək peşəkarlıqla ifa etdilər.

    Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının yubilyarlarına həsr olunmuş tədbirdə Əməkdar İncəsənət xadimi, professor Həcər Babayeva və Əməkdar müəllim, dosent  Lalə Mehdiyeva gül buketləri təqdim olunaraq, xatirə şəkilləri çəkildi.

    Biz də öz növbəmizdə hər iki dəyərli musiqiçi xanımları əlamətdar gün münasibətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbələri adından səmimi qəlbdən təbrik edirik! Sizə bu zəhmətli yaradıcılıq yolunda uğurlar arzu edir və can sağlığı diləyirik!