25 aprel 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində keçiriləcək “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktiki konfransı, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.
Konfransdan öncə Ü. Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının əməkdaşları Xalqımızın xilaskar oğlunun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gedərək, Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla andılar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anıldı.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində elmi-tədqiqat laboratoriyasının əməkdaşları, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə, Xalq artisti, professor R.Quliyev, Xalq artisti, dosent Z.Məmmədova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Əsədullayev, BMA-nın Həmkarlar İttifaqının sədri, pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Aqil Qafulov və başqaları iştirak etdilər.
Mehparə Rzayeva
dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
aparıcı elmi işçi.