• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 iyun 2023-cü il  

    23 iyun 2023-cü il tarixində Bakıdakı “Rus evi”ndə Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru, bəstəkar, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin yaradıcılıq gecəsi keçirilmişdir.

    Gecənin aparıcısı fəlsəfə doktoru, dosent Alyona İnyakina giriş sözü ilə çıxış etmişdir. O, G.Abdullazadənin bəstəkar yaradıcılığı və elmi fəaliyyəti haqqında geniş məlumat vermişdir. Həmçinin, BMA-nın elmi laboratoriyasının rəhbəri, fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış etmişdir. O, öz çıxışında Gülnaz xanım haqqında yazdığı kitabdan danışaraq, sonra bu kitabı Rus evinə təqdim etmişdir. Gecədə G.Abdullazadənin əsərləri - V.Əziz, A.Puşkin, M.Lermontovun sözlərinə yazılmış bir neçə romansı xalq artisti Gülnaz İsmayılova, fortepiano üçün prelüdlərini BMA-nın dosenti, fəlsəfə doktoru Züleyxa Abdulla ifa etmişdirlər. Bəstəkarın triosunu M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Dövlət Fortepiano Triosu ifa etmişdir. 

    Sonda Gülnaz xanım çıxış edərək Moskvada təhsil aldığı illərə aid xoş xatirələrini dinləyicilərlə bölüşmüşdür.