25 oktyabr 2023-cü il
25 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında «Фарида Халилова. Научные труды. Архивные материалы. Воспоминания» adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbirin açılışını SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor FƏRHAD BƏDƏLBƏYLİ edərək, belə bir kitabın yazılmasını təqdirəlayiq hal kimi qiymətləndirdi.
Sonra Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor XURAMAN QASIMOVA,Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, BMA-nın elm və innovasiyalar üzrə prorektoru, professor GÜLNAZ ABDULLAZADƏ, Əməkdar müəllim, BMA-nın Elmi Katibi, professor LEYLA MƏMMƏDOVA Azərbaycan fortepiano ifaçılığı tarixində Fəridə Xəlilovanın böyük zəhmətindən bəhs etdilər və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, uğurlar arzu etdilər.
Çıxışlararası video çarx (Sergey Raxmaninovun Romans “Они говорили” (V.Anlantov və F.Xəlilova), LADA ATLANTOVA – Ailə adından) nümayiş olundu və musiqi nömrələri səsləndirildi.
Bədii hissədə Qara Qarayevin “Prelüdlər” No.1 və No.2, l dəftər (İfa edir: Beynəlxalq müsabiqələr laureatı, ll kurs tələbəsi Fidan Muxtarova), Friderik Şopenin Dörd Mazurka gis moll, D dur, C dur, h moll (ifa edir: Beynəlxalq müsabiqələr laureatı, lll kurs tələbəsi Aygül Mahmudova), Fikrət Əmirovun “Sevil” operasından Balaşın mahnısı (İfa edirlər: lll kurs tələbəsi Səməd Novruzov, müşaiyət edir: Əməkdar artist Nigar Məlikova), Pyotr İliç Çaykovskinin “День ли царит?” romansı (İfa edirlər: Beynəlxalq müsabiqələr laureatları, ll kurs magistr tələbəsi Safurə Aslanova, müşayiət edir: İlahə İsmayılova), Qara Qarayevin ”Səyahət” (İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları, BMA-nın baş müəllimi Anar Seyidov və l kurs magistr tələbəsi Camalə Abdinzadə).
Tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.