• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kоnfranslar

    “Musiqi mədəniyyətimizin aktual problemləri” konfransı.

    31 may - 1 iyun 2017-ci il.

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və 28 may Respublika gününə həsr olunmuş konfrans keçirildi.

    “Musiqi mədəniyyətimizin aktual problemləri” mövzusunda keçirilən Respublika konfansı iki gün (31 may-1 iyun) ərzində baş tutdu.

    Ardını oxu...

    “Görkəmli bəstəkar Cövdət Haciyev - 100" elmi-nəzəri konfrans.

    8 iyun 2017-ci il.

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın dahi bəstəkarı, Xalq artisti, professor C.Hacıyevin 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

    Konfransı BMA-nın rektoru, Xalq artisti, professor F. Bədəlbəyli giriş sözü ilə açıq elan etdi.

    Ardını oxu...