• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 may 2023-cü il  

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ruqiyyə Süleymanovanın “Unudulmaz səs sahibi” adlı mövzusunda elmi seminarı keçirildi.

    R.Süleymanova çıxışında Azərbaycan mahnı janrının görkəmli ifaçısı , Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın həyat və yaradıcılığından söz açarkən , müğənninin 1955– ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs  Ansamblının solisti kimi işə başlamasını, 1965– ci ildən Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin ,sonra isə Nəriman Əliyevin sinfində dərs almasını və daha sonralar isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirməsi haqqında məlumat verdi. Elmira xanımın həyatının ən yaddaqalan anlarını təşkil edən, 1957– ci ildə Hindistanın o vaxtkı baş naziri Cəvahirləl  Nehrunun dəvəti ilə bu ölkəyə getməsini, Rabindranad Taqor tərəfindən əsası qoyulan Kəlküttə - Şantiniketan Universitetində təhsil almasını ,üç ilə yaxın orada tanınmış mütəxəssislərdən hind musiqisinin nəzəriyyəsini öyrənməsini və klassik hind rəqs sənətini mənimsəməsini xüsusi olaraq vurğuladı.

    Məruzəçi çıxışının davamında müğənninin o dövrdən N.Xəzri, Ə.Ziyatay, B.Vahabzadə, T.Mütəllibov, R. Heydər, C.Novruz, F. Qoca, N. Həsənzadə, kimi şairlərin və F.Əmirov, A. Məlikov, C.Cahangirov, R.Hacıyev, O.Kazimi, T.Hacıyev, N.Məmmədov, Ş.Axundova, E.Sabitoğlu kimi söz ilə musiqinin vəhdətini peşəkarlıqla quran görkəmli Azərbaycan  bəstəkarlarının yaradıcılıq əməkdaşlığının birgə məhsulu olan onlarca bəstəsinin ilk ifaçısı olduğundan bəhs etdi.

    R.Süleymanova məruzəsində Elmira Rəhimovanın bəstəkar Ramiz Mirişlinin yaradıcılığına dönə–dönə müraciət etməsini, bəstəkarın bir sıra “Doğma diyar”, “Bayram axşamlarında”, “Səadət”, “Küsüb məndən”, “Saçları şəlaləsən”,  “Xumar baxışlar”, “Günəşi gözləyirik”, “Bir könül sındırmışam” və s mahnılarını sevə -sevə ifa etməsini qeyd etdi.

    Məruzəçi çıxışını davam etdirərək Elmira Rəhimovanın yüksək ifa bacarığı ilə yanaşı, müğənninin böyük elmi biliyə malik olduğunu, rus, hind, ingilis dillərinin mükəmməl bilməsini, qastrolda olduğu dünya ölkələrində sahib olduğu dil bacarığından istifadə edərək yerli xalqla tərcüməsiz ünsiyyət yaratması haqqında  auditoriyanı məlumatlandırdı və eyni zamanda Elmira Rəhimovanın Azərbaycan Dövlət Dillər İnstitutunda pedaqoji fəaliyyət göstərməsindən, uzun illər zəngin bilik və təcrübəsini gənc kadrların hazırlanmasına sərf etməsindən, bu işə dəyərli töhvələr verməsindən söz açdı.

    R.Süleymanova çıxışının sonunda qeyd etdi ki, əminliklə deyə bilərik ki, xanım müğənnimizin zəngin irsindən hələ neçə-neçə ifaçılar nəsli bəhrələnəcək, daim səslənən lirik melodiyaların həzin sədaları altında milyonlarla dinləyicilər zövq alacaqdır.

    Seminarda Elmira Rəhimovanin ifasında Cabir Novruzun sözlərinə  Telman Hacıyevin bəstələdiyi “Tələbə” , Rüfət Zabiloğlunun sözlərinə Oktay Kazıminin bəstələdiyi “Ey insanlar”, Dəmir Gədəbəylinin sözlərinə Elza İbrahimovanın bəstələdiyi “Sən yadıma düşəndə” və s. mahnılar səsləndirildi. Seminarın sonunda elmi - tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işci Zeynal İsayev  və elmi tədqiqat laboratoriyasının digər əməkdaşları cıxış edib seminar haqqında öz dəyərli fikir və mülahizələri ilə bölüşdülər.

     

                                                                                Elmi işci  Nazlı Mustafayeva