• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Tarix-nəzəriyyə fakültəsi haqqında

    Tarix-nəzəriyyə fakultəsinin vəzifəsi musiqişünas, xormeyster-dirijor, bəstəkar, pedaqoq kimi müstəqil peşə fəaliyyəti göstərmək üçün zəruri olan xüsusi  istedadına malik, yüksək səviyyəli ixtisasçılar yetişdirməkdir. 

    Tarix-nəzəriyyə fakultəsində fəaliyyət göstərən kafedralarda dünya şöhrətli musiqiçilər öz biliklərini yeni kadrların yetişdirməsinə yönəldiblər.

    Fakültənin əsas ixtisas buraxılış kafedralarında («Bəstəkarlıq», «Xor dirijorluq», «Musiqi tarixi», “Musiqi nəzəriyyəsi”, “Ənənəvi musiqisi və müasir texnologiyalari”) 1 SSR-i xalq artisti, 5 xalq artisti, 15 Əməkdar incəsənət xadimi, 2 Əməkdar artisti, 7 Əmərdar müəllim, 21 professor və bunlardan 2 prezident təqaüdçüsü fəaliyyət göstərir. Onlardan İstiqlal ordenli, Heydər Əliyev ordenli, Dövlət mükafatının laureatı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Arif Məlikov, Rusiya Pedagoji və Sosial elmlər Akademiyasının Akademiki, Xalq artisti, professor Oktay Rəcəbov, Xalq artisti, professor Ğülbacı İmanova, Xalq artisti, professor Cavanşir Cəfərov, Xalq artisti, professor Yalçın Adigözəlov, Əməkdar injəsənət xadimi, professor Aydın Əzimov, Əməkdar İncəsənət Xadimi, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət Xadimi,, professor Elnarə Dadaşeva, Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva, Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov və başqalarının adını çəkmək olar.

    Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində ənənəvi olaraq məşhur bəstəkar, dirijor, musiqişünas pedaqoqlar fəaliyyət göstəriblər: SSRİ və Azərbaycan Respublikasının xalq artistləri Qara Qarayev, Vasif Adıgözəlov, Xayyam Mirzazadə, Fərəc Qarayev, Frəngiz Əlizadə, Musa Mirzəyev, Akşin Əlizadə, İsmayıl Hacıbəyov, Cahangir Cahangirov, Seyid Rüstəmov, Suleyman Ələsgərov, Ramiz Zöhrabov, Ramiz Mirişli, Əməkdar İncəsənət xadimi, professor Elmira Abasova, Əməkdar İncəsənət xadimi, professor Aida Tağızadə, elmlər doktoru, professor Elxan Babayev, professor Nərminə Əliyeva, Əməkdar İncəsənət xadimi, professor Bilqeyis Məmmədova, Əməkdar İncəsənət xadimi, professor L.Karaqiçeva, sənətşünaslıq namizədi, professor İ.Abezqauz, Əməkdar İncəsənət xadimi, professor Laman Atakişiyeva və başqalarının adlarını qeyd etmək olar.

    Tarix-nəzəriyyə fakültəsində yüksək səviyyəli peşəkar professor-musiqişünaslarin fəal əməyi nəticəsində son illər bizim müəllimlər və tələbələrimiz müxtəlif nüfuzlu beynəlxalq konfrans, simpozium və festivallarda müvəffəqiyyətlə iştirak edərək Azərbaycanın adını yüksək tuturlar.

    Tarix-nəzəriyyə fakültəsində beş kafedra fəaliyyət göstərir: «Bəstəkarlıq» (müdiri-Xalq artisti, professor A.Məlikov), «Xor dirijorluğu» (müdiri-Xalq artisti, professor G.İmanova), «Musiqi tarixi»(müdiri- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İmanova), «Musiqi nəzəriyyəsi»(müdiri- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor S.Seyidova), «Ənənəvi musiqi və müasir teönologiyalari» (müdiri – Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor T.Məmmədov). Tələbələrin dolğun, hərtərəfli inkişafında adı çəkilən beş kafedranın birgə, qarşılıqlı əməyi müstəsna rol oynayır.

    Tarix-nəzəriyyə fakültəsində Elmi Şura səmərəli fəaliyyət göstərir. Tarix-nəzəriyyə fakültəsinin dekanı, Sənətşünaslıq üzrə elmlər doktoru,  professor Gülzar Mahmudova Elmi Şuranın sədirliyini uğurla həyata keçirir.