25 oktyabr 2023-cü il
25 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəylinin ev muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 110 illiyinə həsr olunmuş konfrans keçirildi.
Öncə Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov konfrans iştirakçılarını və qonaqları salamlayaraq, konfransı açıq elan etdi.
Konfrans çərçivəsində müxtəlif mövzulara toxunulmuşdur.
Sonra konfrans konsert proqramı ilə davam etdi.
Belə ki, bədii hissədə Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərovanın “Üzeyir Hacıbəylinin mövzuları əsasında fantaziyası”əsəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının lll kurs tələbəsi Leyla Hüseynzadənin (Əməkdar müəllim, dosent Kəmalə Mirbabayevanın sinfi) ifasında səsləndirilmişdir.
Konfransda qonaq qismində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə də iştirak etdilər. Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.