Ölkəyə daxil olma və ölkədə yaşamaq ilə bağlı qanunvericilik və Təhsil vizasının əldə edilməsi haqqda məlumat
Azərbaycan ərazisinə təhsil məqsədi ilə ilk dəfə daxil olarkən əcnəbi tələbələr qalacağı yaşayış sahəsi üzrə 10 gün ərzində qeydiyyatdan keçməlidir. Bu məqsədlə, tələbənin özü və ya yaşayış sahəsinin (mənzil, otel) rəhbərliyi aşağıdakı sənədləri Azərbaycan Dövlət Miqrasiya xidmətinin rəsmi saytı olan www.migration.gov.az ünvanı, və yaxud Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtu vasitəsilə təqdim etməlidir.
– Tələbənin pasportunun surəti
– Doldurulmuş ərizə forması
Vahid miqrasiya məlumat sistemi ərizəçini yaşayış sahəsi üzrə qeydiyyata alır və bir iş günü ərzində bu barədə məlumatlandırır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı aşağıda göstərilən müddətlər ərzində etibarlıdır.
– viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddəti;
– viza tələb olunmayan qaydada gələn şəxs üçün – 90 gün
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçməsinə heç bir dövlət rüsumu tələb olunmur.
Tələbə qaldığı yeri dəyişərsə, yuxarıda göstərilən qaydada yeni yaşayış sahəsi üzrə qeydiyyatdan keçməlidir.
10 gün müddətində, vizada göstərilən tarixə qədər ölkədə qalma imkanı əldə etdikdən sonra, tələbə qəbul prosedurlarına başlamalıdır. Təhsil ocağının Azərbaycan Dövlət Xarici İşlər Nazirliyinin Konsulluğuna təhsil vizasının alınması məqsədi ilə müraciətindən sonra tələbə göstərilən tarixdə ölkəni tərk etməli, öz ölkəsində yerləşən Azərbaycan Respublikasının Səfirliyinin Konsulluğundan Təhsil vizası almaq üçün vətəninə dönməlidir. Təhsil vizasını əldə etdikdən sonra Azərbaycan Respublikasına yenidən giriş edərək təhsil ocağının Xarici Tələbələrlə iş üzrə şöbəsinə, Azərbaycan Dövlət Miqrasiya Xidmətindən Müvəqqəti yaşamaq üçün Qeydiyyat vəsiqəsinin (1il müddətli greencart) alınması məqsədi ilə müraciət etməlidir.
Xarici tələbələrlə iş üzrə şöbə
+99412-4938000 ; +99412-4987148
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.