• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Magistratura təhsili

     

    Azərbaycanın ali məktəblərində üçpilləli təhsil tətbiq ediləndən bəri, yəni 1997-ci ildən etibarən Bakı Musiqi Akademiyasında magistr hazırlığı aparılır. BMA magistraturasında ödənişli və ödənişsiz təhsil almaq olar; burada təhsilin yalnız əyani forması mövcuddur. 

    BMA magistraturasında təhsil kredit sistemi üzrə aparılır.

    Hazırda BMA magistraturasında iki istiqamət üzrə təhsil almaq olar: 1) nəzəri yönümlü magistratura və 2) ixtisas magistraturası.

    Nəzəri istiqamətdə təhsil əsas etibarilə  060307-“Musiqişünaslıq” ixtisası üzrə aparılır. Burada təhsil müddəti 2 ildir; magistrantlar təhsil müddətində 120 kredit toplamalıdırlar; magistraturanı bitirərkən tələbələr magistrlik dissertasiyası müdafiə edir və “magistr” dərəcəsi alırlar. Bu ixtisas üzrə BMA magistraturasına daxil olanlar iki mərhələdə qəbul imtahanları verirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanları test üsulu ilə keçirilir. Birinci mərhələdə tələbələr ümumi humanitar fənlər (məntiq, xarici dil, informatika) üzrə test imtahanı verirlər; ikinci mərhələdə isə ixtisas fənləri (musiqi tarixi, polifoniya, musiqi təhlili, Azərbaycan xalq musiqi yaradıcılığı, Aəzrbaycan xalq musiqisinin əsasları) üzrə test imtahanı verirlər. Bu imtahanların nəticələri müəyyən edildikdən sonra tələbələr ümumi müsabiqə yolu ilə ödənişsiz və ödənişli yerlərə yerləşdirilirlər.

    2017-ci ildən başlayaraq BMA-da ixtisas magistraturası üzrə təhsil aparılır. İxtisas magistraturasına qəbul iki mərhələdə keçir: 1-ci mərhələ test imtahanları, 2-ci mərhələ ixtisas fənnindən qəbul imtahanından ibarətdir. Bu istiqamətdə təhsil müddəti 1,5 ildir; magistrantlar təhsil müddətində 90 kredit toplamalıdırlar; tələbələr magistraturanı magistrlik yekun yaradıcılıq işi ilə bitirirlər.

     

    Bu istiqamətdə təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:


    060303 - İnstrumental ifaçılıq (sahələr  üzrə)

    İxtisaslaşmalar: 

             fortepiano, orqan, klavesin;
             orkestr alətləri: simli,nəfəs və zərb alətləri
            

    060304 - Solo oxuma (sahələr üzrə)   

    İxtisaslaşma:

             akademik vokal

     

    060305 -  Dirijorluq (növlər üzrə)

    İxtisaslaşma:  

             xor dirijorluğu
             opera-simfonik dirijorluğu
             nəfəs alətləri orkestrinin dirijorluğu

     

    060306 - Bəstəkarlıq