• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Beynəlxalq əlaqələr şöbəsi


    09 iyun 2005-ci il tarixli 11/277 saylı əmrə əsasən Bakı Musiqi Akademiyasında Beynəlxalq Əlaqələr şöbəsi və prorektorluğu yaradılmışdır.
    1991-2010-ci illər ərzində Bakı Musiqi Akademiyasına ardıcıl olaraq dünyanın görkəmli müsiqiçiləri dəvət almış, (M.Rostropoviç, B.Davidoviç, D.Sitkovetskiy, M.Kabalye, E.Obraztsova, İ.Moniqetti, Yo Yo Ma, D.Moqilevski, F.Şaplen, R.Rudniski,Venqerov,Yablonskaya,Yablonskiy,Repin,Meduşevskiy və başqaları) və ustad-dərsləri vermişlər.
    BMA-da ABŞ, Meksika, Türkiyə, İran, Türkmənistan, Ukrayna, Dağıstan, Serbiya, Koreya, Kanada, Xorvatiya, Gürcüstan, və s. ölkələrdən əcnəbi vətəndaşlar təhsil almışlar. Hal-hazırla BMA-da bakalavr, magistr və aspirant pillələrində 30 nəfərə yaxın əcnəbi vətəndaş təhsil alır.
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aşağıdakı ali təhsil müəssələri ilə müqavilələr imzalanmış və bu müqavilələr əsasında elmi konfranslar, konsertlər keçirilmişdir və əlaqəli şəkildə birgə yaradıcılıq fəaliyyəti göstərilmişdir:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlıq etdiyi xarici universitetlərin siyahısı:

    1.Türkiyə Bilkent Universitesi(16 aprel 1993-cü il)
    2.Türkiyə Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyası (28 oktyabr 1999-cu il)
    3. Akdeniz Universiteti Antalya Dövlət Konservatoriyası (24 noyabr 2004-cü il)
    4.Türkiyə Kars Kafkaz Universitesi ( 20 dekabr 2004-cü il)
    5.İstanbul Teknik Universitesi Türk Musiqisi Dövlət Konservatoriyası (25 aprel 2005-ci il)
    6.Avstriya Musiqi və Təsviri İncəsənət Universiteti (7 may 2007-ci il)
    7.Anadolu Universitesi Dövlət Konservatoriyası Türkiyə.(27 dekabr 2007-ci il)
    8. Bratislava Ali Musiqi Ustalığı Məktəbi. Slovakiya.(27.01.2011-ci il)
    9. Diclə Universitəsi Dövlət Konservatoriyası Diyarbakır, Türkiyə (03.03.2011-ci il)
    11. Bergen Universitetinin Qriq Akademiyası Norveç. (oktyabr 2009)
    12. Anadolu Universitesi Dövlət Konservatoriyası(2011-cu il.)
    12. Hacettepe Üniversitesi (22.06.2012)
    13. İstanbul Teknik Universitesi Türk Musiqisi Dövlət Konservatuarı (2013-cü il.)
    14. Kurbankazı adına Qazax Milli Konservatoriyası (11.07.2013)
    15. İstambul Universitəsi Dövlət Konservatoriyası Türkiyə. (14.01.2013-cü il)
    16. Ordu Üniversitesi Mevlana Değişim Proqramı protokolü (16.04.2014)
    17. Belarus Dövlət Musiqi Akademiyası (25.09.2013)
    18. Yazep Vitola adına Latviya Musiqi Akademiyası (12. 03.2014)
    19.N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası Rusiya. (09.12.2014)
    20. İtaliya-Roma CİRPS SAPİENZA Universiteti-15 mart 2015
    21. THE CONSERVATORY OF MUSIC “ Luca Marenzio ”, in Brescia 29.02.2016
    22. Ukraynanın Çaykovski adına Milli Musiqi Akademiyası -09.12.2016
    23. «Уфимский государственный институт искусств имени Загира Исмагилова» Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa 20 aprel 2017