• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2-4 may 2023-cü il

    2023-cü il  2-4 may tarixlərində Heydər Əliyev Mərkəzində 30-dan çox ölkədən 40-a qədər nümayəndə bir araya gələrək “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” mövzusunda 4-cü Beynəlxalq Konfransı təşkil edildi.

    Konfrans ADA Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, çıxış edənlər onun Azərbaycan dövlətçiliyinin bərpasında müstəsna xidmətlərini vurğulamışlar.

    Hafiz Paşayev, ADA Universitetinin rektoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev  konfransın ilk günündə iştirak etmişlər. Prezident İlham Əliyev Şuşada keçirilən konfransın ikinci günündə iştirak etdi.

    Müzakirələr zamanı regionda gələcək tendensiyalar və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr, xüsusən də nəqliyyat və tranzit sahələrində müzakirələr aparıldı.

    Sonra musiqiyə söz verildi.

    Bədii hissədə dirijor Mustafa Mehmandrovun rəhbərliyi altında Baku Chamber Orchestranın (bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) müşayiətilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Azərbaycan Respublika Muğam Müsabiqəsinin qalibi Gülnar Qüdrətli çıxış etdilər.

    Konsert gecəsində Üzeyir Hacıbəylinin “Arazbarı”,   “Cəngi”, “Sevgili canan”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Tofiq Quliyevin “Qaytağı”, Antoni Vivaldinin “İlin fəsilləri” əsərləri və 

    Azərbaycan Xalq mahnısı “Qaragilə” səsləndirildi.

    Tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.