
28 dekabr 2022-ci il
28 dekabr 2022-ci il tarixində “Şuşa İli” çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə forum təşkil olunub. Forumun məqsədi işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin mədəniyyət abidələrinə, ətraf mühitə vurulan zərərlərinin müzakirəsi, diplomatiya mövzularında diskussiyaların aparılması, Qarabağ həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması olub.