Akademiyamızın xarici tələbələrlə iş üzrə şöbəsinin fəaliyyəti
Bakı Musiqi Akademiyasında Beynəlxalq əlaqələrin inkişafına və fəaliyyətinə böyük önəm verilir. Belə ki, 1991-ci ildən Bakı Musiqi Akademiyasında bir sıra ölkələrdən ardıcıl olaraq dünyanın görkəmli musiqiçiləri dəvət almış, ustad dərsləri vermiş, təhsil almaq məqsədi ilə tələbələr gəlmiş və zaman keçdikcə beynəlxalq əməkdaşlığın qurulması və xarici tələbələrə xüsusi diqqətin artırılması, beynəlxalq əlaqələrin inkişafına, genişlənməsinə görə yeni fəaliyyət mərkəzinin açılmasına ehtiyac yaranmışdır.
2005-ci ildə akademiyanın rektoru, professor Fərhad Bədəlbəylinin əmri ilə, professor Yeganə Axundovanın rəhbərliyi altında Beynəlxalq Əlaqələr üzrə prorektorluq yaranmışdır. 2007-ci ildən əcnəbi tələbələrə daha ciddi nəzarətin edilməsi, onları qayğı və diqqətdə saxlamaq üçün Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektorluğun tərkibində, Xarici Tələbələrlə iş üzrə Şöbə yarandı. Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək, respublikaya daxil olan əcnəbilərin təhlükəsizliyi və diqqətdə saxlanılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradıldı və Əsasnaməsi təsdiq edildi. Bununla da şöbənin ADMX ilə əməkdaşlığı başladı. Beləliklə, şöbənin iş fəaliyyəti daha da genişlənir, xarici tələbələrə dövlətin diqqət və qayğısı daha da artırılır və bu da öz müsbət nəticəsini verməkdədir.
Hal-hazırda Şöbədə iki işçi fəaliyyət göstərir.
Hümbətov Vüqar Bəxtiyar Şöbə müdiri |
|
Hüseynova Röya Xarici Tələbələrlə İş üzrə inspektor (mütəxəssis) |