Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsini təmin etmək vəzifəsini daşıyır.
Əlavə təhsil Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən müvafiq strukturlarda ( kafedralarda ) həyata keçirilir.
Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil müvafiq proqramlar əsasında aparılır.
Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.
Əlavə təhsil ixtisas artırma kadrların yenidən hazırlanması, ştajkeçmə və kadrların təkmilləşdirməsi, təkrar ali təhsil, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.
1. İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali və orta ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə həyata keçirilən təhsil növüdür.
İxtisasartırma təhsilinin əsas məqsədi mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran hər bir dinləyiciyə vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir. Əlavə təhsil müəssisələri başa çatmış hər bir ixtisasartırma tədbirinin nəticələri barədə özəl qrumlara çıxarış təqdim edir.
2. Yenidənhazırlanma təhsili ilkin baza peşə - ixtisas təhsili almış hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə mütəxəssislərə verilən əlavə təhsildir. Kadrların yenidənhazırlanma təhsili müəssisədə yaradılmış müvafiq strukturlarda ( kafedralarda ) həyata keçirilir.
3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi – pedaqoji, pedaqoji kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.
Stajkeçmə və kadrların təkmilləçdirilməsi təhsil peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanilmasına xidmət edir. Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili stajkeçənin və ya təkmilləşdirilənin işlədiyi müəssisənin təqdimatı ilə həyata keçirilir.
Stajkeçmə və kadrların təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi həyata keçirən müəssisə - Əlavə təhsil şöbəsi , kadrları ixtisaslarına müvafiq şəkildə Bakı Musiqi Akademiyasının nəzdindəki kafedralara təyin edirlər.Stajkeçmə və təkmilləşmənin sonunda staj keçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd – staj keçənə sertifikat, təkmilləşdirilənə arayış verilir. Stajkeçmə və təkmilləşmə tədbirlərini başa vuranlara təqdim olunan sənəd , bu tədbirlərin keçirildiyi müəssisə rəhbərliyi tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
4. Təkrar ali təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
Ali təhsili olanlar təkrar ali təhsili ala bilərlər. Hər hansı təhsil müəssisəsində təkrar ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər. Təkrar ali təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir. Təkrar ali təhsil müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təkrar ali təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara ali təhsil haqqında diplom verilir.
5. Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu hər bir ixtisasa uyğun proqramlar əsasında müəyyən edilir.