Tələbə Simfonik Orkestri
“İfaçılıq” fakültəsi yaranan gündən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə Simfonik orkestri fəaliyyət göstərir. “İfaçılıq” fakültəsinin əsas məqsədi yüksək bilik və yetkin orkestr ifaçısı tərbiyə etməkdir.
Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir.
Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.
Heydər Əliyev
Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.
Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi
əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.
Üzeyir Hacıbəyli
Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın
ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli
binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.
Qara Qarayev
Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.
O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.
İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...
Fikrət Əmirov
“İfaçılıq” fakültəsi yaranan gündən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə Simfonik orkestri fəaliyyət göstərir. “İfaçılıq” fakültəsinin əsas məqsədi yüksək bilik və yetkin orkestr ifaçısı tərbiyə etməkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Gənclər İdman Nazirliyi, Heydər Əliyev fondu, Gənclər fondu və BMA-nın dəstəyi ilə fəaliyyət göstərən Orkestrin bədii rəhbəri SSrİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli,dirijor əməkdar artist Fuad İbrahimov direktoru BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.
2016-cı ildə yaranmışdır. Kollktiv Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının tələbələrini bir yerə gətirib.
Ansamblın repertuarında Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri ifa olunur. Kollektiv Akademiyanın yaradıcılıq heyətində fəal rol oynayır, Bakının müxtəlif konsert zallarında çıxış edir.
© Copyright 2024 Bakı Musiqi Akademiyası