6 oktyabr 2023-cü il
6 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyaşöhrətli bəstəkar Arif Məlikovun 90 illiyinə həsr olunmuş “Tarix-nəzəriyyə” fakültəsinin lll kurs tələbələrinin Konfransı keçirildi.
Konfransda tələbələr-Aytac Vəliyeva “Arif Məlikov yaradıcılığına bir nəzər”, Aydan Şərifova “Arif Məlikovun balet yaradıcılığı”, Humay Kazımova “Arif Məlikovun simfonik yaradıcılığı”, Aynur Hüseynli “Arif Melikovun pedaqoji fəaliyyəti”, (Nazim Hikmetin "Oказывается,я люблю" şeiri), Aytac Eyvazova “Arif Məlikovun rəssamlıq fəaliyyətinə dair”, Esmira Qurbanova - “Arif Məlikovun ictimai fəaliyyətinə bir nəzər”, Ləman Abulzadə - “Arif Məlikovun kinofilmlərə yazılan musiqisi” -görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığını əks etdirən maraqlı mövzularla çıxış etdilər.
Çıxışlararası musiqi nömrələri səsləndirildi.
Bədii hissədə Gülcan İsmayılova A.Məlikovun 1 saylı Prelüdü, Əli Cəfərzadə “Komdenin arzuları” (Violada Humay Hacızadə) və bəstəkar Ayaz Qəmbərlinin “Hüzn” fortepiano əsərini, Aytel Məmmədova isə A. Məlikovun 3 saylı Prelüdünü dinləyicilərə təqdim etdilər.
Sonra A.Məlikovun istedadlı tələbəsi, BMA-nın dosenti Gülnarə Məmmədova bəstəkarla bağlı xoş xatirələrini hər kəslə bölüşdü, görkəmli musiqiçinin mükəmməl müəllim olmaqdan savayı, həm də yüksək insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət olduğunu qeyd etdi.
Sonda “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva da Arif Məlikovun musiqi mədəniyyətimizdəki əvəzsiz xidmətlərindən bəhs edib, BMA-nın rəhbərliyinə, konfrans iştirakçılarına təşəkkürünü bildirdi.
Konfrans hər kəs tərəfindən böyük maraqla qarşılandı.