• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Doktorantura təhsili

     

    Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.02.1994-cü il tarixli 113 №li qərarına əsasən Bakı Musiqi Akademiyasında Assistent-stajorluq, aspirantura və dissertantura barədə sənəd təsdiq edilmişdir.

    Assistent-stajorluq, aspirantura və dissertantura üzrə işin çoxluğunu nəzərə alaraq 1996-1997-ci tədris ili üçün ştat cədvəlində müvafiq dəyişikliklər edilmiş, aspirantura şöbə kimi fəaliyyətə başlamışdır və bu günə kimi fəaliyyətini davam etdirməkdədir.

    Təhsildə aparılan islahatlara müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.2010-cu il tarixli 129 №li qərarı ilə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” qaydaları təsdiq edilmişdir.

     

    Şöbəsinin əsasnaməsi

    Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.02.1994-cü il tarixli 113 №li qərarına əsasən Bakı Musiqi Akademiyasında Assistent-stajorluq, aspirantura və dissertantura barədə sənəd təsdiq edilmişdir.

    Ardını oxu...