24 oktyabr 2023-cü il
24 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Azərbaycan Respublikasının Xalq artisti, AR-nın Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət etmişlər.
Azərbaycan Respublikasının Xalq artisti, Dünya şöhrətli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasın rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan və SSRİ-nin Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımova BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova ilə görüş baş tutdu.
Akademiyanın rektoru Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat qonaqlara məlumat verdi.
Qeyd olundu ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.
Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkilləri çəkdirildi.