21 iyun 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu ” Respublika elmi-praktiki konfransın materiallarından ibarət toplu işıq üzü görüb.
Konfrans Elm və Təhsil Nazirliyinin 03 fevral 2023-cü il 329/2 qərarına əsasən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixində (onlayn və offlayn formatda) keçirilmişdir.
Konfransın təşkilat komitəsində: sədr BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor F. Bədəlbəyli, BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor N.Quliyeva, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə, BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycanın Xalq artisti, professor Y. Axundova, BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N. İsmayılzadə, BMA-nın doktorantura və dissertantura şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent H.Yusifova iştirak etmişlər.
Topluda Bakı Musiqi Akademiyasının, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələrinin ümumilikdə 57 konfrans materialları dərc edilmişdir.
21.06.2023-cü il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında toplunun təqdimatı keçirilmişdir.
Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent,
aparıcı elmi işçi