• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3-4 may 2023-cü il

    2023-cü il 3-4 may  tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  Ümummilli lider Heydər Əliyevin 100 illiyiyə həsr olunan “Müasir musiqi sənətinin problemləri” mövzusunda tələbələrin Beynəlxalq elmi-praktiki konfransı keçirildi.

    Konfransın mövzu dairəsi geniş olub - Heydər Əliyev -100: Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli lider Heydər Əliyevin rolu və əhəmiyyəti, etnomusiqişünaslıq müasir mərhələdə, tarixi və nəzəri musiqişünaslığın aktual problemləri, müasir musiqi təhsili: problemlər və perspektivlər, müasir instrumental ifaçılığın problemləri, musiqidə informasiya texnologiyaları kimi istiqamətləri əhatə edir. Konfransın açılış mərasimini Tələbə elmi cəmiyyətinin sədri, Ü.Hacıbəyli adına BMA-nın dosenti Babayeva Minaxanım açaraq bütün konfrans iştirakçılarını salamladı, H.Əliyevin xalqın xilaskarı və müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu kimi xalqını, dövlətini bütün dünya miqyasında tanıtmağa müvəffəq olan, bayrağımızı dünyanın ən mötəbər ölkələri ilə eyni sırada dalğandırmağa nail olan görkəmli siyasi xadim haqqında söz açdı. H.Əliyevin mədəniyyətə və musiqi incəsənətinə olan diqqət və qayğınsından danışdı. Konfransda H.Əliyevin həyat və siyası fəaliyyəti haqqında maraqlı video rolik iştirakçılara təqdim olundu.

    Konfransda SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli öz təbrikini tələbələrə və bütün təşkilatçılara bildirdi. Heydər Əliyevin daim gənclərə olan diqqətindən danışdı. Fərhad müəllim H.Əliyevin musiqi mədəniyyətinə göstərdiyi ciddi münasibəti, bəstəkarlarımızla, musiqişünaslarımızla, ifaçılarımızla sıx olan münasibətləri xüsusi ilə vurğuladı. Konfransda eyni zamanda Əməkdar İncəsənət xadimi, elmi işlər üzrə prorektor, professor Gülnaz xanım Abdullazadə çıxış edərək H.Əliyevin fəaliyyəti haqqında danışdı və Tələbələrin Beynəlxalq Konfransı çərçivəsində “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Rəhimova Nigar və onun tələbəsi Abbasova Nəzrinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Arif Məlikovun səkkizinci simfoniyasının musiqisində travmanın təcəssümü” kitabının təqdimatı haqqında geniş məlumat verdi.

    Konfransda eləcə də Respublikanın Əməkdar müəllimi,BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı,sənətşünaslıq doktoru, professor Gülzar xanım Mahmudova çıxış etdi, tələbələri salamladı. H.Əliyevin daim gənclərə qayğı və diqqət göstərməsindən, gənc kadrların təhsil məsələlərinə xüsusi həssaslıqla yanaşmasını  qeyd etdi. H. Əliyev gənclərin gələcəkdə peşəkar, savadlı şəxsiyyət kimi formalaşmasında rolunun olduqca böyük olduğunu vurğuladı. Konfransın əhəmiyyətindən danışdı. Gülzar xanım çıxışında qeyd etdi ki, Tələbələrin Beynəlxalq konfransı ilk dəfə olaraq keçirilir və burada Azərbaycan ilə yanaşı Rusiya, Tatarstan, Özbəkistan, Kazaxstan, Tacikistan, Çin, İrandan olan tələbələrin iştirakı həyata keçirilmişdir. Konfransda Üzeyir Hacıbəyli adına BMA-sı ilə yanaşı, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etmişdir. Konfransın açılış mərasiminin sonunda Respublika və Beynəlxalq müsabiqələr laureatı Aqşin Xudaverdiyevin ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səslənmişdir. Konfrans böyük marağa səbəb oldu və iki gün keçirilən konfrans iki bölümdən ibarət idi. Birinci bölümün moderatoru qismində Əməkdar İncəsənət xadimi professor Zümrüd xanım Dadaşzadə ikinci bölümdə Əməkdar müəllim, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor  Könül xanım Nəsirova, 4 may tarixində keçirilən konfransın birinci bölümündə Əməkdar İncəsənət xadimi, BMA-nın professoru Mehriban xanım Əhmədova və ikinci bölümdə isə BMA-nın dosenti Minaxanım Babayeva iştirak etdilər.