• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 may 2023-cü il

    4 may 2023-cü il tarixində Cəfər Cabbarlı adına   Azərbaycan Dövlət Teatr Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi. 

    Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

    Tədbiri giriş sözü ilə açan teatr muzeyinin mətbuat katibi Aytən Məmmədova Ulu öndərin şərəfli ömür yolundan bəhs etmiş, dahi şəxsiyyətin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiyməti vurğulamışdır. Eyni zamanda Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən video-çarx nümayiş olunmuşdur.

    Sonra söz musiqiyə verildi. Bədii hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri-Camalə Abdinzadə, Talıb İsgəndərli, Nurcan Rzayeva, Leyla Hüseynzadə, Rəvan Mustafazadə, İlahə Məmmədova və Nigar Hüseynzadənin uğurlu çıxışı dinləyicilərdə xoş ovqat yaratdı. Konsert proqramında Fikrət Əmirovun “Küçələrə su səpmişəm”, iki prelüd, Qara Qarayevin iki prelüd,  iki romans, Sevil Əliyevanın “Ana” əsərləri səsləndirildi.

    Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.