• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-19 oktyabr 2023-cü il

    14-19 oktyabr 2023-cü il tarixlərində Çin Xalq Respublikasında “The third Music Education Alliance Across the Belt and Road Conference” adlı Beynəlxalq konfrans keçirildi.

    Burada Ali musiqi ocaqları arasında Böyük İpək yolunu əhatə edən ölkələr (Çin, Vyetnam, Tayland, Kamboca, Hindistan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Qana, Almaniya və s.) təmsil olunurdu. 

    Qeyd edək ki, Ali musiqi ocaqlarının rektorları da konfransa təşrif buyurmuşdular.

    Beynəlxalq konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorluğunu Əməkdar müəllim, “İxtisas Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi təmsil etmişdir. N.Rimazi həmçinin Çin Dövlət telekanallarına konfrans haqqında təəssürratlarını bölüşərək, müsahibə vermişdir.

    Musiqili gecədə isə Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılova, Nəzakət Rimazi uğurla çıxış etmişlər.

    Zəngin proqramı özündə ehtiva edən konfransda iştirakçılar müxtəlif tədbirlərdə, ustad və açıq dərslərdə, mühazirələrdə iştirak etmişlər. 

    Onlar həmçinin milli geyimlərin, adətlərin, milli musiqi alətlərinin nümayiş olunduğu konsertdə Çin Xalq ənənəvi musiqi nümunələri ilə yaxından tanış olmuşlar.

    Sonda bütün iştirakçılar konfransdan maraqlı və xoş təəssüratlarla ayrıldılar.