
1 mart 2020-ci il
1 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər arasında İİV infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
1 mart 2020-ci il
1 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Gənclər arasında İİV infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
2020-ci il 27 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi”, “Musiqi tarixi” və “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedralarının tələbələri Nərmin Səfərli, Gültən Hüseynli, Saniyə Cəbrayılova, Elvira Quliyeva, Nəzrin Məcidzadə Xocalı soyqırımın 28-ci il dönümü ilə əlaqədar məruzələrlə çıxış etdilər.
2020-ci il fevral ayının 27-də Kurmanqazı adına Qazaxıstan Konservatoriyasının elmi ixtisasartırma üçün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına ezan olunmuş magistr tələbələri Tomris Muxammatdinova və Dinara Tokmyrziyeva “Fortepiano” kafedrasının dosenti Firəngiz Hacıyevanın, digər magistr tələbə Elmira Şpeknayeva “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımovanın dərsində iştirak etmişlər.
2020-ci il 26 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva BMA-nın professor və müəllim heyəti ilə birgə Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhid olan vətəndaşlarımızın xatirəsini yad etmişlər.
2020-ci il 25 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı haqqında tələbələrlə görüş keçirilmişdir.
2020-ci il 23 fevral tarixində Sabunçu rayonunda fəaliyyət göstərən 47 məktəbin 9-10-11-ci siniflərində təhsil alan abituriyentlər və gənclərin sosial fəaliyyətdə inkişafa nail olmaq, demokratik iştirakçılığını gücləndirmək üçün “Sabunçu gənclər evi”ndə “Ali Təhsil Müəssisələrinin Sərgisi” təşkil olundu.
Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələri 2020-ci il fevral ayının 23-dən mart ayının 3-dək elmi ixtisasartırma keçmək üçün Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasına ezam olunmuşlar.
20 fevral 2020-ci il tarixində İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qonağı olub.
Vyananın “Ö1” ictimai radiosunun əməkdaşları Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının qonağı olmuşlar.
Fevralın 18-də Azərbaycanın görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun (1935-2006) yaşadığı binanın divarında barelyefinin açılışı olub.
2020-ci il 17 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllimlərin elektron jurnallarının təqdimatı keçirilib.
“...Çalışıram ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təlim-tədris işini bizim Konservatoriyamızın yüz illik ənənələri və müasir təhsil texnologiyaları əsasında qurum...”- Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor NƏRMİNƏ QULİYEVA.
Bakı Musiqi Akademiyasının tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən tədbirdə iştrak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Natavan Quliyeva (“Xor dirijorluq” kafedrası, I kurs), Kamran Talıblı (“Nəfəs və zərb alətləri”, II kurs), Nərmin Abdullayeva (“Bəstəkarlıq” kafedrası, III kurs), Orxan Hüseynov “Simli alətlər” kafedrası IV kurs), İslamə Abdullayeva (“Solo oxuma” kafedrası, IV kurs), Eldəniz Ələkbərzadə (“Fortepiano” kafedrası, IV kurs) 2019-cu ilin “Ən yaxşı” tələbəsi, təhsilində nəticələrinə və ixtisasında nailiyyətlərinə görə Fəxri Fərmanla təltif olunmuşlar.
Poeziya ilə musiqi qovuşanda. Poeziya ilə musiqi qovuşanda, şeir ilə melodiya bir-birini tamamlayan vahid tamlıq təşkil edirlər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, gənc və istedadlı vokal ifaçısı Urfan Cəfərov 2020-ci il fevral ayının 2-si “Gənclər günü”ndə Azərbaycan Respublikası prezidenti tərəfindən təsis olunan “Gənclər mükafatı” laureatına layiq görülmüş, ilin gənci adını qazanmışdır.
Musiqi Alətlərinin Rəqəmli İnterfeysi (MİDİ- Musical İnstrument Digital İnterfase) mövzusuna həsr olunmuş elmi seminar
Azərbaycan musiqisində milli müstəqillik mövzusuna həsr olunmuş elmi seminar
2020-ci il 17 yanvar tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Simli alətlər” kafedrasının professoru Nəzmiyyə Abbaszadə, “Tarix-nəzəriyyə” fakultəsinin dekanı, professor Gülzar Mahmudova, “Humanitar elmlər” kafedrasının müdiri, professor Tərlan Quliyev 20 yanvar “Ümumxalq hüzn günü” ilə əlaqədar tələbələrlə görüş keçirmişlər.
2020-ci il 17 yanvar tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “20 yanvar” hadisələrinin 30-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Qanla yazılan tarix
Bu ilin ilk seminarı
2019-cu il 27 dekabr tarixində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Добрый день” (“Mərhəba”) adlı kitabının təqdimatı keçirildi.
2019-cu il 26 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, BMA-nın rektoru Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə konsert proqramı ilə keçirildi.
2019-cu il 25 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.
2019-cu il 17-24 tarixlərini əhatə edən “Azərbaycan vokalçıları” festivalı çərçivəsində 19 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovaların açıq dərsi keşirildi.
Əminə xanım Dilbazi bayramı
2019-cu il 17 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın ilk qadın voilonçel ifaçısı, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin həyat yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs edən “Həyat sonatası” adlı sənədli filmin təqdimatı keçirildi.
2019-cu il 17-24 dekabr tarixlərində Azərbaycan Vokalçıları Festivalının keçirilməsi ilə əlaqədar, Beynəlxalq Muğam Mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi
© Copyright 2023 Bakı Musiqi Akademiyası