• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12  may 2022-ci il

    12 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və N.Q. Jiqanov adına Kazan Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə Volqa Bulqariyası xalqlarının İslam dinini qəbul etməsinin 1100 illiyinə həsr olunmuş “Müasir dünyada türk musiqisi” adlı dəyirmi masa keçirilmişdir. 

    Öncə N.Q. Jiqanov adına Kazan Dövlət Konservatoriyasının rektoru, Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Vadim Robertoviç Dulat-Aleev və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan musiqi xadimləri ittifaqının sədri, professor Fərhad Bədəlbəyli giriş sözü ilə çıxış edərək dəyirmi masa iştirakçılarını salamladılar. Qeyd edək ki, artıq bu ilin əvvəlindən Volqa Bulqariyası xalqlarının İslam dinini qəbul etməsinin 1100 illiyinə həsr olunmuş təntənəli tədbirlər silsiləsi start götürmüşdür. Hər iki təhsil müəssisəsinin rektorları əlamətdar yubiley ili, habelə, müasir dünyada türk xalqlarının musiqisinin əhəmiyyəti haqqında dəyərli fikirlərini bölüşmüş, o cümlədən, birgə əməkdaşlıqdan böyük məmnuniyyətlərini vurğulamışlar. Daha sonra dəyirmi masa iştirakçılarının çıxışlarına başlanılıb.

    Dəyirmi masada sənətşünaslıq doktoru, professor, musiqi nəzəriyyəsi kafedrasının müdiri, Tatarıstan və Mari El Respublikasının əməkdar incəsənət xadimi Aleksandr Lvoviç Maklıqin, musiqili teatr kafedrasının müdiri, professor, Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi, professor Alfiya İbragimovna Zapparova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, ənənəvi musiqi və musiqi texnologiyaları kafedrasının professoru Rəna Məmmədova, professor, musiqi nəzəriyyəsi kafedrasının müdiri, Azərbaycanın əməkdar müəllimi Könül Nəsirova, Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkarlıq kafedrasının müdiri Elmir Nizamov,  Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkarlıq kafedrasının müdiri, professor Aydın Əzimov, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, Azərbaycanın əməkdar incəsənət xadimi, ənənəvi musiqi və musiqi texnologiyaları kafedrasının müdiri, professor Tariyel Məmmədov, elm üzrə prorektoru, sənətşünaslıq namizədi, dosent, Tatarıstan Respublikası mədəniyyətinin əməkdar işçisi Diliya Xayrutdinova, sənətşünaslıq namizədi, dosent, tatar musiqisi və etnomusiqişünaslığı kafedrasının müdiri Liliya Sarvarova kimi alimlər çıxış edərək öz mövzularını tədbir iştirakçılarına təqdim etmişlər.

    Qeyd edək ki, Volqa Bulqariyası xalqlarının İslam dinini qəbul etməsinin 1100 illiyinə həsr olunmuş “Müasir dünyada türk musiqisi” adlı dəyirmi masada alimlərin  çıxışlarından sonra Musiqi tarixi kafedrasının müdri, Əməkdar müəllim, professor  Ülviyyə İmanova, tarix-nəzəriyyə fakultəsinin dekanı, Əməkdar müəllim, professor Gülzar Mahmudova, BMA-nın elmi katibi, Əməkdar müəllim, professor Leyla Məmmədova iştirakı ilə maraqlı diskussiya keçmiş və iki təhsil ocağı arasında gələcək qarşılıqlı əməkdaşlıq üçün qətnamə qəbul olunmuşdur.