• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2022-ci il

    27 may 2022-ci il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Bakı Musiqi Akademiyasının Opera Zalında 2022-ci il Azərbaycan K-POP Festivalı təşkil edildi.

    COVİD 19 pandemiyası ilə əlaqədar olaraq 2 illik fasilədən sonra baş tutan bu ilki festivalımızın final tədbiri 600-dən çox K-POP pərəstişkarını bir araya toplamaqla öz missiyasını uğurla yerinə yetirdi. K-POP pərəstişkarlarının səmimi iştirakı Azərbaycanda K-POP-a marağın yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

    Bu ilki festivalda 40 ədəd komanda finalda iştirak uğrunda mübarizəyə haqq qazandı və bu komandaların qiymətləndirilməsi nəticəsində 5 rəqs və 4 vokal olmaqla 9 komanda Festivalda iştirak etməyə haqq qazandı.

    Festivalda iştirak edən 9 komandadan 2 rəqs(1-ci yer: Aygün Hüseynli, 2-ci yer: Nəzrin Hacıyeva) və 2 vokal(1-ci yer:Narıngül Seyidbəyli, 2-ci yer: Zöhrə Məmmədli) olmaqla 4 komanda qalib olaraq seçilərək bu ilin Sentyabrında Koreyada baş tutacaq “2022-ci il K-POP Dünya Festivalı”nda iştiraka namizədlik hüququ əldə etdilər.