• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11  may 2022-ci il

    11 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Low Latency (LOLA) aşağı gecikməli yayım" proqramının rəsmiləri ilə Bakı Musiqi Akademiyası arasında görüş keçirilmişdir.

     Görüşdə rəsmilər həmin proqramın onlayn və canlı şəkildə çıxışların, xüsusən də musiqi sahəsində göstərə biləcəyi yeniliklərdən, fəaliyyətinin inkişafına olan təsirləri haqqında danışıqlar aparıldı.

    Həmçinin Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova da öz növbəsində Akademiyaya təşrif buyuran qonaqlara təşəkkürünü bildirərək, bu görüşün hər iki tərəf üçün çox önəmli olduğunu vurğuladı. Görüşdə  Naxçıvan Dövlət Universitetinin Musiqi şöbəsində də LOLA sisteminin qurulub, fəaliyyətinin davam etdirilməsinin zəruri olması bir daha nəzərə çatdırıldı. Bununla yanaşı növbəti mərhələlərdə qarşılıqlı əlaqələr vasitəsilə müxtəlif ölkələrin bir neçə universitetlərinin ifaçılarının eyni anda bərabər şəkildə canlı yayım edə biləcəkləri barədə söhbət aparıldı və bu səpkidə görüləcək işlər müzakirə olundu.