• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 iyun 2022-ci il

    14 iyun 2022-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun

    təşkilatçılığı ilə maarifləndirmə funksiyası daşıyan “Həyatla oyun” adlı tamaşanın  “Açıq qapı” günü elan etməklə nümayişi təşkil olundu.

    Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında təqdim olunan tamaşaının əsas məqsədi gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli və yaradıcı metodlarla gəncləri düzgün və doğru yola yönəltmək idi.  Tamaşada narkotik istifadəçilərinin həyat tərzi, narkotik vasitələrindən sui-istifadənin fəsadları öz əksini tapmışdır. Ssenaridə narkotik vasitələrin zehni və davranış problemləri yaradaraq, insanın ictimai və peşə həyatında mənfi təsirlərindən və xüsusi ilə də valideynlərin övladlarının uşaq yaşlarında təlim-tərbiyəsində zərərli vərdirşlərə qarşı göstərdiyi laqeyid münasibətləri və davranışları daha da vurğulayıcı şəkildə səhnələşdirilmişdir. Tamaşada Yeni Azərbaycan Partiyasının gənc fəalları,  ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri iştirak etmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından isə Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasının baş laborantı, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) və Səidə Səlimova (BMA-nın Mülki Müdafiə üzrə qərargah rəisi) iştirak etdi.