• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4  may 2022-ci il

    4  may  2022-ci il tarixində saat 11.00-da   Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş

    “Heydər Əliyev dövlət qadın və gənclər siyasətinin müəllifidir” adlı konfransda BMA-dan Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasında baş laborant, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) iştirak etdi.

     Tədbirdə YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə   Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli  Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Bakı Gənclər Mərkəzinin direktor müavini  Arzu Əzizova çıxış etdilər. Tədbirin moderatoru isə YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva idi.

    Sonda isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Unudulmaz gün” adlı sənədli film təqdim olundu.