• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2022-ci il

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisinin tədqiqatları və onların yeni istiqamətləri: orqanologiya və akustika” adlı elmi - tədqiqat laboratoriyasında növbəti seminar keçirilmişdir.

    Seminarı sənətşünaslıq namizədi, laboratoriyanın aparıcı elmi işçisi Nərminə Bayraməlibəyli hazırlayıb və aparmışdır. Seminarın mövzusu “XX əsrdə Azərbaycan musiqişünaslığında faktura tədqiqi məsələsi (sovet dövrü)” olub. Məruzədə praktiki olaraq Azərbaycan musiqişünaslarının faktura məsələlərinə dair bütün tanınmış əsərləri təqdim edilmişdir.

    Bayraməlibəyli nəzəri musiqişünaslığın tarixi baxımından sovet dövrünə aid olan məsələləri nəzərdən keçirərək və postsovet dövrünə qismən toxunaraq, üç mərhələni ayırd etmişdir: ilkin (1920–1940-cı illər), keçid (1950–1960-cı illər) və yetkin  (1970-ci illərdən başlayaraq), və hər bir mərhələnin xarakteristikasını vermişdir. O qeyd etmişdir ki, Azərbaycan musiqişünaslığında birinci mərhələdən başlayaraq, nəinki bəstəkarlıq, eləcə də, ənənəvi musiqinin fakturası təhlil olunmuşdur və bu zaman fakturanın məsələlərinə həm musiqişünaslar, eləcə də, etnomusiqişünaslaırı tərəfindən əhəmiyyətli diqqət yetirilmişdir. Nərminə Bayraməlibəyli qeyd etmişdir ki, artıq Azərbaycan xalq melodiyalarının harmoniya problemlərinə aid olan Üzeyir Hacıbəyovun əsərlərində musiqi parçasının  qurulması məsələlərinə toxunulur. Məruzədə Elmira Abasovanın, Nərminə Əliyevanın, Ramiz Zöhrabovun, Tariyel Məmmədovun və digər musiqişünasların işləri nəzərdən keçirilmişdir. Tədqiqatların tarixi icmalı Azərbaycan musiqişünaslığının faktura tədqiqi sahəsindəki təkamülünü aşkar etmişdir.

    Laboratoriyanın aparıcı elmi işçisi,  bəstəkar Rüfət Ramazanov məruzənin yüksək peşəkar səviyyəsini qeyd etmiş və ənənəvi musiqinin nümunələrinin bəstəkarlar tərəfindən istifadə olunması zamanı fakturanın dəyişikliklərinə diqqəti cəlb etmişdir. Onun çıxışı maraqlı diskussiyanın əsasını qoymuş və bu diskussiyanın gedişatında faktura kimi  mürəkkəb fenomenin müxtəlif tərəfləri  nəzərdən keçirilmişdir. Seminarın iştirakçıları tərəfindən faktura və janrın, faktura və muğam ifaçılığının qarşılıqlı fəaliyyətinin problemləri, bəstəkarlıq və ənənəvi yaradıcılığın müxtəif janrlarında fakturanın təzahürlərinin xüsusiyyətləri, fakturanın melodiya və ritm ilə əlaqəsi və digər məsələlər müzakirə olunmuşdur. Diskussiyada
    Azərbaycan Respublikasının Xalq artisti, böyük elmi işçi, dosent Zümrüd Məmmədova,
    böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İmina Əliyeva, böyük elmi işçi Əli Əliyev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayeva iştirak etmişdirlər. Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminarı tamamlayaraq, N. Bayraməlibəylinin məruzəsinin müsbət tərəflərini qeyd etmiş  və diskussiyaya yekun vurmuşdur.

    Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, İmina Əliyeva