• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

     10 may 2022-ci il tarixində Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə BDU-nun rektoru və digər rəsmi nümayəndələrin çıxışlarından sonra bədii hissəyə söz verildi.

    Bədii hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri -Zöhrə Ramazanlı, Cəmalə Abdinzadə, İlahə Məmmədova, Amaliya Ağayeva, Fatimə Məmmədzadə, Əməkdar artist Naala Barateliyanın bədii rəhbəri olduğu "Sədəf" xoru öz parlaq çıxışları ilə tədbirə xoş ovqat qatdılar.

    Konsert proqramında Faiq Süceddinovun "Vətən balladası", Qara Qarayevin "Eskiz", Nazim   Əliverdibəyovun "Elegiya", Fatimə Məmmədzadənin "Gözlənti", Vaja Azaraşvilinin "Vətən" əsərləri dinləyicilərə təqdim olundu.

    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.