12 may 2022-ci il
12 May 2022-ci il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:
Orqanolojiya və Akustika" elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Maya Qafarovanın "Ənənəvi tar musiqi alətinin elektron variantı və onun ifaçılıq xüsusiyyətləri" mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Seminarda məruzəçi ənənəvi tar musiqi alətinin tarixi, etimologiyası və onun inkişaf mərhələsi, ifaçıları haqqında ətraflı məlumat verərək, yeni düzələn elektro-tar alətini təqdim etdi.
Alətin hazırlanma mexanizmi və ifaçılıq xüsusiyyətləri haqqında hər kəsə ətraflı məlumat verildi və musiqiçilərin ifasında bir neçə musiqi nömrələri də səsləndirildi.
Musiqili elmi-praktik seminar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.