• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19-21 may 2022-ci il

     Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin xüsusi dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və SABAH qrupunun təşkilatçılığı ilə 19-21 may tarixlərində Gəncə şəhərində  SABAH İncəsənət Festivalı keçirildi.

    Festivalın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavini Adil Tağıyev, SABAH İcra komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar müəllim, professor Nəzakət Rimazi, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə iştirak ediblər. 

    Festivalda SABAH qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrin (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrinin  nailiyyətlərini əyani nümayiş etdirilmişdir.

    İki gün davam edən festivalda May ayının 19-da  Gəncə Dövlət Filarmoniyasında Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin çıxışları, may ayının 20-də Gəncə Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında A.Ostrovskinin "Tufan" tamaşası tamaşaçılara təqdim edilib.   Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələrinin (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi baş tutub. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.

    Festival Gəncə sakinlərinin böyük marağına səbəb olmuşdur.