• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 may 2022-ci il

    6 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev  adına konfrans zalında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda magistr tələbələrin Respublika Elmi-praktiki konfrası keçirildi.

    Konfransda  BMA-nın və Azərbaycan Dövlət Milli Konservatoriyasının II kurs magistr tələbələri slaydlı təqdimat şəklində öz məruzələri ilə çıxış etdilər.  Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının müdiri Ülviyyə İmanova Heydər Əliyevin uzaqgörən siyasəti və mədəni görüşlərindən bəhs edərək, konfransı açıq elan etdi.

    İlk olaraq Günel Seyidova “H.Əliyev və M.Rostropoviçin dostluq əlaqələri timsalında Azərbaycan musiqi mədəniyyəti” adlı məruzəsində  H.Əliyevin musiqi mədəniyyətimizə göstərdiyi qayğı və diqqət əslən bakılı olan dünya şöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin yaradıcılığı fonunda geniş təqdimatını tapdı.  Daha sonra Safura Səfərova  “Vasif və Ceyhun Allahverdiyevlərin xor əsərlərində xalq musiqisindən istifadə yolları”, Nəzrin Abbasova  “Bоплощение травмы в музыке восьмой симфонии Aрифа Mеликова: к постановке проблемы”, Sevinc Rzayeva  ( AMK) “Şəki Mövlu mərasimlərinin özəllikləri”, Günel Zülfüqarlı  (AMK) “Musiqi və cəmiyyət paradiqmaları”, Nərminə Soltanzadə  “Qara Qarayevin bəstəkarlıq məktəbi”, Məryəm Camallı  “Spektral musiqinin yaranma tarixinə nəzər”, Turanə Bayramova - “Azərbaycan muğamlarının müasir dövrdə inkişafı və əhəmiyyəti”,  Leyla Əhmədxanova  – “Musiqidə ənənəviliyə dair düşüncələrim”, Tutu Hüseynova   “Elmir Mirzəyev yaradıcılığında akustik musiqi”,  Nazlı Allahverdiyeva   “Elnarə Dadaşovanın orqan yaradıcılığı”, Səidə Hacıyeva - “Azərbaycan bəstəkarlarının fortepiano sonatalarında ənənəvilik” mövzuları ilə yüksək səviyyədə iştirak etdilər. Tələbələr diskusiya şəraitində BMA-nın Elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova, Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova və Musiqi nəzəriyyəsi kafedrasının müdiri Könül Nəsirova tərəfindən onlara yönələn sualları uğurla cavablandırdı.