• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

    10.05.2022-ci il tarixində Xəzər Televiziyasında Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Təsir dairəsi” adlı veriliş keçirildi.


    Lalə Azərtaşın təqdimatında keçirilən bu verilişdə AMEA- Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdənov, Ehtiyyatda olan palkovnik, hərbi ekspert, sabiq korpus komandiri, iki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 10 kitabın müəllifi, Horadiz əməliyyatı zamanı hərbi hissə komandiri olmuş Şair Ramaldanov, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Respublikasının xalq artistləri Təranə Muradova, Mübariz Tağıyev və Ramiz Quliyev verilişin qonaqları idi.
    Verilişdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından Maral İmamova iştirak etdi.