• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

    10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə və əlamətdar tarix – Respublikanın Müstəqillik Günü ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    “Azərbaycanın şifahi ənənəvi və peşəkar musiqisinin və onun istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasında “Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər) mədəni quruculuq” mövzusunda seminar keçirilmişdir. Seminar laboratoriyanın böyük elmi işçisi Əli Əliyev tərəfindən keçirilmişdir. Seminarı açarkən o, qeyd etmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ADR ilə bağlı arxiv və sənədli materialların fəal tədqiqatlarına başlanılıb.

    Məruzəçi qeyd olunan materiallar, habelə müasir tarix elminin nailiyyətləri əsasında ADR-in mövcud olduğu dövrdə mədəni quruculuq prosesinin spesifikasını açmağa müvəffəq olmuşdur. Ə.Əliyev Azərbaycan Demorkartik Respublikasının – bütün müsəlman Şərqində demokratik prinsiplərə əsaslanan ilk parlament respublikasının yaranma tarixini işıqlandırmışdır. O, qeyd etmişdir ki, ADR rəhbərliyi öz fəal praktiki fəaliyyəti ilə təhsilin və milli mədəniyyət sahələrinin – teatrın, təsviri incəsənətin, musiqinin və s. inkişafında mühüm rol oynamışdır. Ə.Əliyev bir sıra arxiv sənədlərini: ADR Parlamentinin Bakı şəhərində dörd fakültədən ibarət Dövlət universitetinin yaradılması haqqında qərarı, Türk dilinin dövlət dili elan olunması haqqında qərarı, Ali və ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin  milliləşdirilməsi haqqında qərarı, Qəzetlər üçün senzuranın ləğv edilməsi haqqında sərəncam barədə Məlumatı və s. təqdim edərək, seminar iştirakçılarını ADR-in mədəni quruculuq sahəsində məqsədləri ilə tanış etmişdir.

    Məruzəçi həmin dövrdə Ü.Hacıbəylinin fəaliyyəti üzərində ayrıca dayanaraq, xorun ifasında “Azərbaycan marşı”nın və M.Fərzəliyevin ifasında “Çırpınırdı Qara dəniz” mahnısının qrammofon yazılarının əsillərini nümayiş etmişdir.

    Seminarda laboratoriyanın rəhbəri – dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə və elmi işçilər iştirak etmişdir.

    N.İsmayılzadə mövcud olduğu 23 ay ərzində ADR və onun xadimlərinin Azərbaycan mədəniyyəti üçün çox işlər gördüyünü vurğulamışdır. Daha sonra məruzəçi laboratoriyanın əməkdaşları R.Bəhmənli, İ.Əliyeva və Z.İsayevanın suallarına cavab vermişdir.  

     

    Nərminə Bayraməlibəyli

    Ü.Hacıbəyli adına BMA-nın aparıcı elmi əməkdaşı,

    sənətşünaslıq namizədi

    10 мая 2022 года, в связи с днем рождения общенационального лидера Гейдара Алиева и в преддверии знаменательной даты - Дня Независимости Республики в научно-исследовательской лаборатории «Изучение устной традиционной и профессиональной музыки Азербайджана и ее новых направлений» БМА им. Уз.Гаджибейли состоялся семинар на тему “Культурное строительство в период Азербайджанской Демократической Республики» (1918-1920 г.г.) . Его провел старший научный сотрудник лаборатории Али Алиев. Открывая семинар, он подчеркнул, что именно по инициативе Гейдара Алиева в республике началось активное изучение архивных и документальных материалов, связанных с АДР.

    На основе названных матерналов, а также достижений современной исторической науки докладчику удалось раскрыть специфику процесса культурного строительства в период существования АДР. А.Алиев подробно осветил историю создания АДР – первой парламентской республики на всем мусульманском Востоке, основанной на демократических принципах. Он отметил, что руководство АДР своей активной практической деятельностью сыграло важную роль в развитии образования и всех сфер национальной культуры – театра, изобразительного искусства, музыки и т.д. Алиев ознакомил присутствующих с задачами АДР в области культурного строительства, представив целый ряд архивных документов: Постановление Парламента АДР об учреждении в г.Баку Государственного университета в составе четырех факультетов, Постановление о признании тюркского языка государственным, Постановление о национализации высших и низших начальных школ, а также средних учебных заведений, Сообщение о распоряжении об отмене цензуры для газет и т.д.

    Отдельно докладчик остановился на деятельности в этот период У.Гаджибейли, продемонстрировав оригиналы граммофонных записей «Азербайджанского марша» в исполнении хора и «Чырпынды Гара дениз» («Взбурлило Черное море») в исполнении М.Фарзалиева. На семинаре присутствовали руководитель лаборатории доцент, доктор философии по искусствоведению Нурида Исмаил-заде и научные сотрудники. Н.Исмаил-заде подчеркнула, что за 23 месяца существования АДР ее деятелям удалось так много сделать много для азербайджанской культуры. Затем докладчик ответил на вопросы сотрудников лаборатории – Р.Бехменли. И.Алиевой, 3.Исаева.

    Нармнна Байрамалибейли

    ведущий научный сотрудник БМА им. У.Гаджибейли.

    кандидат искусствоведения