• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 may 2022-ci il

    Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabı dərc olunub

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabı işıq üzü görmüşdür. Kitab, 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin, başda cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində qazandığı tarixi qələbənin nailiyyəti kimi, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində nəzərdə tutulan “Zəngəzur dəhlizi” nin açılmasına həsr olunub.

    Kitabda ön söz ilə fikirlərini bildirən Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli  təqdim olunan tədqiqat işini yüksək qiymətləndirmişdir.

    Elmi redaktor Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçiləri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev olan  kitab, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin təşəbbüsü ilə dərc olunmuşdur.

    Təqdim olunan kitabda müəllif Rauf Bəhmənli vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan Yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığını geniş şəkildə və tutarlı faktlarla təhlil edərək ifşa etmişdir. Kitabda 43 yallı havasının not yazıları işıqlandırılmış və hər bir nümunə haqqında tarixi və nəzəri elmi araşdırmalar təqdim edilmişdir.

      

    Mehparə Rzayeva

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent