• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2022-ci il

     27 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" kafedrasının professoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Telman Hacıyev və "Azərbaycan Ənənəvi Musiqisi və Müasir Texnalogiyalar" kafedrasının professoru Mina Hacıyeva Bakı Dövlət Universitetində keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmişlər.

    Festival çərçivəsində keçirilən elmi konfransda Telman müəllim "Müasir Türk dünyasının estetik problemləri" və Mina xanım "Nizaminin bədii obrazlarının musiqidə təcəssümü" mövzuları ilə çıxış etdilər. Festival çərçivəsində keçirilən kitab sərgisində Özbəkistan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan ölkələrinin müəlliflərinin kitabları təqdim olunmuş və onların sırasında professor Mina Hacıyevanın kitabları xüsusi yer tutmuşdur.

    Çıxışlar dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.