
29-30 iyun 2022-ci il
2022-ci il 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Lənkəran və Masallı rayonlarında xor dirijorluğu ixtisası üzrə Xalq artisti, professor Gülbacı İmanova, dosent Xatirə Həsənzadə, beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli xor-dirijorluq, nəzəriyyə, fortepiano ixtisasları üzrə ustad dərsləri keçirdilər.