• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 oktyabr 2023-cü il

    3 oktyabr 2023-cü il tarixində ƏMƏKDAR MÜƏLLİM, Üzeyir Hacıbəyli adına BAKI MUSİQİ AKADEMİYASInın “İXTİSAS-FORTEPİANO” KAFEDRASININ PROFESSORU LALƏXANIM RZAYEVANIN “FORTEPİANO İFAÇILIĞININ MÜASİR İSTİQAMƏTLƏRİ” FƏNNİ ÜZRƏ  “İFAÇILIQ MÜSABİQƏLƏRİ” Açıq  dərsdə L.Rzayeva müxtəlif dövrlərdə fəaliyyət göstərən fortepiano məktəblərinin nümayəndələrinin özünəməxsus ifaçılıq xüsusiyyətlərindən, həmçinin məşhur musiqiçilərin iştirak etdiyi müsabiqələrdən və bu müsabiqələrin onların ifaçılığına göstərdiyi müsbət və mənfi tərəflərindən məlumat verərək, tələbələrlə müzakirələr apardı.