• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 aprel  2023-cü il

    6 aprel  2023-cü il tarixində,  "Musiqi nəzəriyyəsi" kafedrasının baş müəllimi Pərviz Quliyevin ll kurs Musiqişünaslıq və Bəstəkarlıq ixtisası tələbələri ilə Musiqi forması fənni üzrə "Rondo-sonata" mövzusunda açıq dərsi keçirildi.

    Açıq dərsdə "Tarix nəzəriyyə" fakültəsinin dekanı professor, sənətşünaslıq üzrə elmlər doktoru Gülzar Mahmudova, "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri,   BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, professor, sənətşünaslıq üzrə elmlər doktoru Aytac Rəhimova,  “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər Məmmədova, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova, kafedranın laborantı Ülkər Nəsirova ,Təhsildə keyfiyyət təminatı üzrə mütəxəssis Aygün Qəhrəmanova və BMA-nın mətbuat katibi  Ofelya İsgəndərova iştirak etdilər.