• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 may 2023-cü il

    Elm və Təhsil Nazirliyinin layihəsi olan “Simurq” musiqi festivalı çərçivəsində 08 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xorvatiya Split İncəsənət Akademiyasının professoru, Trogir şəhərindəki “Summer Con Spirito” Musiqi Festivalının bədii rəhbəri Evgeniya Epşteynin (skripka, Xorvatiya-İsrail) BMA-nın tələbələri ilə ustad dərsi keçirildi. 

     Professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərs zamanı BMA-nın tələbələri - Osman Mustafazadə (IV kurs violin), Kənan Məmmədzadə (I kurs violin), Özcan Cabbari (I kurs violin), Zeyn Cəfərov (I kurs violin),  Məhəmməd Cavadov (II kurs violin), Nərminə İsmayılova, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev iştirak edərək H.Wieniawskinin “Faust Fantasy”, Violin Concerto No.1, C.Saint-Saensın Etude en Forme de Valse op.52 No.6, Violin Concerto No.3, İ.S.Bachın Partita No.2 Allemande, Courante, G.Faurenin Piano quartet in c minor No.1 əsərlərini ifa etdilər.  Ustad dərs zamanı Evgeniya Epşteyn öz bilik və təcrübəsini tələbələrlə bölüşərək, əsərlər üzərində texniki bacarıq qaydalarını və ifaçının əsəri ifa edərkən bədənin fizioloji formasını necə doğru yönləndirməsini izah etdi.