18 dekabr 2023-cü il
Metodika və xüsusi pedaqojı hazırlıq kafedrası tələbələrinin məktəb-studiya şagirdləri ilə açıq dərsləri
18 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında «Metodika və xüsusi pedaqoji hazırlıq» kafedrası tələbələrinin Məktəb-studiya şagirdləri ilə açıq dərsləri baş tutdu.
Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 3-cü kurs tələbəsi Hidayət Sadıqbəyli 3-cü sinif şagirdi Sabir Rüstəmxanlıya (müəllim: N.Əliverdi-zadə) İ.S.Baxın “Kiçik prelüd” (c moll) əsərini, Arzu İsmayılovanın 3-cü kurs tələbəsi Aysel İbrahimli 6-cı sinif şagirdi Aylin Nəsirovaya (müəllim: dosent S.Məmmədova) Y.Haydnın 18 № li Sonatasını ( E dur), dosent Mədinə Tuayevanın 3-cü kurs tələbələri – Flora Umudova 5-ci sinif şagirdi Emiliya Mirzəzadəyə (ümumi fortepiano müəllimi: dosent M.Tuayeva) Y.Gillokun “Baletdə”, V.Kosenkonun “Skertsino” əsəsrlərini, Elçin Məmmədov 2-ci sinif şagirdi Mədinə Musayevaya (müəllim: dosent M.Tuayeva) V.Korovisin “Первая проталинка» və F.Burqmüllerin Etüdünü keçdilər.
Violin ixtisası üzrə dosent Zəhra Qarayevanın 3-cü kurs tələbəsi Aytac Rzayeva 8-ci sinif şagirdi Yusif Məmmədliyə (müəllim: dosent G.Quliyeva) C.Viottinin 23 № li Konsertini (I hissə), Nairə Qulamovanın 3-cü kurs tələbələri – Səriyyə Nəsibova 7-ci sinif şagirdi Əmirhüseyn Əlişanlıya (müəllim: N.Qulamova) A.Rubinşteynin “Melodiya”, Günəş Cəfərova 11-ci sinif şagirdi Fatimə Taptıqovaya (müəllim: N.Qulamova) F.Kreyslerin “Prelüd və Allegro” əsəri ilə keçirilən dərs prosesini nümayiş etdilər. Tələbələrin ilk pedaqoji təcrübələri dinləyicilər tərəfindən maraqla qarşılandı, eyni zamanda müəllimləri tərəfindən yüksək qiymətləndirildi.
Tutu Hüseynova
Musiqişünas