• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 aprel  2023-cü il

    19 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Belçikanın Laterna Magica (duo) qrupunun ustad dərsləri keçirildi.

    Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, Brüsseldən olan professorlar Laura Poku və Nathalie Houtmanı tamaşaçılara təqdim etdi.

    Onlar da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dəyərli musiqiçilərlə bu  musiqi ocağında görüşməkdən məmnun olduqlarını vurğuladılar.

    Ustad dərsdə əvvəlcə Laura Poku və Nathalie Houtman lV-XIV əsrləri əhatə edən fleyta musiqisi, intibah dövrü musiqisi, qədim fleyta alətinin quruluşu, səslənməsi, orta əsr bəstəkarlarının musiqi üslubu haqqında tələbələrə video-çarx vasitəsilə məlumat verdilər, ardınca isə qədim fleyta alətində orta əsr musiqi parçalarından duet ifa etdilər.

    Daha sonra peşəkar musiqiçilərin rəhbərliyi altında BMA-nın tələbələrinin ifasında orta əsr rəqs-dini musiqisi ekspromt ifa olundu. Gənc ifaçılar peşəkar musiqiçilərdən faydalı məsləhət və tövsiyələr aldılar.