• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 aprel  2023-cü il

    11 aprel 2023-ci il tarixində Üzeyir Hacıbəyıi adına Bakı Musiqi Akademiyasında Beynəlxalq müsabiqələr laureatı, Köln (Almaniya) Musiqi Akademiyasının dosenti, pianoçu Toğrul Hüseynlinin açıq dərsi keçirildi.

    T.Hüseynli 1994-cü ildə Bakı şəhərində anadan olmuş, 2 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunu olmuş, təhsil illərində Azərbaycan Respublikası Prezidenti təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 1 il təhsil aldıqdan sonra Almaniyanın Köln şəhərində Musiqi Akademiyasına ən yüksək giriş balı ilə daxil olmuşdur. Bakalavr və magistr təhsilini ən yüksək nəticə ilə tamamlayaraq Avstriyanın Motsarteum Musiqi Akademiyasında  professor P. Girilovun sinfində doktorantura pilləsində təhsil almışdır.  O,Dünya şöhrətli professorlar V.Labanov, A.Frölih kimi musiqiçilərin tələbəsi olmuşdur. 2005-ci ildən müxtəlif nüfuzlu Beynəlxalq müsabiqələr və festivalarda iştirak etmiş və bir çox müsabiqələrin qalibi olmuşdur. Vətənimizi ölkə hüdudlarından kənarda uğurla təmsil etmişdir. 

    İstedadlı pianoçu hazırda Almaniyanın Köln Musiqi Akademiyasında dosent vəzifəsində fəaliyyət göstərir.

    Ustad dərsdə Bakı Musiqi Akademiyasının lll kurs tələbəsi Rasimə Abdullayeva, ll kurs tələbəsi Fatimə Vəliyeva, l kurs tələbəsi Fidan Rəşidova, ll kurs tələbəsi Əli Talıbov, l kurs tələbəsi Gülsarə Bağırova, l kurs tələbəsi Nərmin Hüseynli iştirak etdilər.

    İfaçılar Aleksandr Skryabinin “Etüd” N.12, Lüdviq Van Bethovenin “Sonata” N.16, Sergey Raxmaninovun “Etüd-şəkil” N.1, op.39, Friderik Şopenin “Skerso” N.2, İohan Sebastian Baxın “Prelüdiya və fuqa” (YTK ll cild h moll), Qara Qarayevin “Sonatina” (lll hissə) əsərlərini ifa etdilər.

    Üç saatdan çox davam edən ustad dərsdə T.Hüseynli gənc musiqiçilərə istənilən əsəri ifa etmədən öncə, bəstəkarın həyatını, yaşadığı dövrü öyrənməyi məsləhət görmüş, sonra öyrəndiklərini əsərdə tətbiq etməyi tövsiyə etdi. Pianoçu hər tələbənin ifa imkanlarını nəzərə alaraq, onlarla əsər üzərində düzgün işləmə metodları haqqında söhbətlər apardı.