• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 sentyabr 2023-cü il

    26 sentyabr 2023-cü il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında "Quatuor Diotima" (Fransa) simli kvartetinin (kvartetin üzvləri: Yun-Peng Zhao/violin, Léo Marillie/ violin, Franck Chevalier/viola, Alexis Descharmes/violonçel) BMA-nın tələbələri ilə ustad dərsi keçiriləcəkdir.

    Ustad dərsə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, istedadlı musiqiçiləri dinləyicilərə təqdim etdi.

    Onlar da öz növbəsində Bakı Musiqi Akademiyasında olduqlarından məmnunluqlarını bildirdilər.

    Professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərs zamanı Nərminə İsmayılova, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev G.Forenin Fortepiano kvartetini ; Üzeyir Mahmudbəyli, Ümid Mustafazadə, Nihad Məmmədov, Əsmər Kərimli isə A.Webernin “6 Bagatelles” əsərlərini ifa etdilər. 

    Ustad dərsdə tələbələrə texniki çətin hissələr üzərində necə çalışması üsulları izah olundu və əsəri ifa edərkən hər bir səsin dərinliyini anlayıb sonra dinləyiciyə ötürmək, musiqi parçasını sanki danışıq dilinə tərcümə etməyin zəruri olduğunu qeyd etdilər.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən növbəti ustad dərs tələbələr tərəfindən rəğbətlə qarşılandı.