• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr 2023-cü il

    20 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar İncəsənət xadimi, BMA-nın “Bəstəkarlıq” kafedrasının professoru Ceyhun Allahverdiyevin “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirildi. 

    Açıq dərsdə  “İxtisas Fortepiano” kafedrasının lV kurs tələbələri Məryəm Vəliyeva, Rəşad Ağayev bəstələdikləri əsərləri ifa etdilər. Ceyhun Allahverdiyev hər bir tələbəyə individual yanaşaraq, öz bilik və təcrübəsini tələbələrlə bölüşdü. O tələbələrin əsər bəstələyərkən, müxtəlif dövrlərin bəstəkarlarının əsərlərini diqqətlə dinləyib, amma  istiqamətlərini doğru seçməli və öz dəsti-xəttini yaradarkən  innovativ üsullarla səslərdə yeni tembr axtarışına cəhd etməli olduqlarını vurğuladı.

    BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova, kafedranın digər professor-müəllim və tələbə heyəti iştirak etdilər.