• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 sentyabr 2023-cü il

    19 sentyabr 2023-cü il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında Miçiqan Universitetinin professoru  İqor Fedotovun BMA-nın  tələbələri ilə ustad dərs keçirilmişdir.

    Ustad dərsə başlamadan öncə Əməkdar incəsənət xadimi, “İfaçılıq” fakültəsinin dekanı professor Nəzmiyyə Abbaszadə qonaqları salamlayaraq, professor İqor Fedotovu hər kəsə təqdim etdi. Nəzmiyyə xanım İ.Fedotovun pedaqoji fəaliyyətinin Bakı Musiqi Akademiyası ilə də bağlı olduğunu vurğuladı.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad 

    dərs zamanı BMA-nın tələbələri Əli Əmişov (viola, magistr I kurs),  Humay Hacızadə (viola, bakalavr  IV kurs), Şəms Əlili (viola, bakalavr  I kurs) iştirak edərək İ.S.Bach: Suite no.3, Allemande, C.Stamitz: Viola Concerto in D major, Op.1  ( 1st movement) və İ.S.Bach: Suite no.2 Courante and Sarabande əsərlərini ifa etdilər.

    Ustad dərs zamanı professor  İqor Fedotov tələbələrlə ifaçılıq sənətinin sirrlərini bölüşmüş, öz bilik və təcrübəsini  bölüşərək, əsərlər üzərində texniki bacarıq qaydalarını  izah etmiş, texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərmişdir. 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən növbəti ustad dərs tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır.